20/05/2021
14:11
3393
| A A A
Azərbaycan millisi Rumıniyaya yollandı

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyaya yola düşüb.

Goal.az xəbər verir ki, Qızıl Avropa Liqasında iştirak edəcək millimiz son hazırlıq mərhələsini bu ölkədə keçirəcək. Yığmamızın Rumıniyada rəsmi görüşlərdən öncə ev sahibi ilə bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub.

Qızıl Avropa Liqasında komandamızın heyətində Leyla Parşkova, İlhamə Əliyeva, Ayşən Abduləzimova, Nilüfər Ağazadə, Anastasiya Mertsalova, Anastasia Baydyuk, Kristina Besman, Şəfaqət Alışanova, Kseniya Pavlenko, Mariya Krilyuk, Yuliya Kərimova, Bəyaz Alıyeva və Raziya Əliyeva çıxış edəcəklər.

Bu yarışda milli komandamıza baş məşqçi Vasif Talıbovun əvəzinə Vüqar Əliyev rəhbərlik edəcək. Əliyevə Eldar Yusubov və Famil Ağayev kömək edəcəklər.

Qadınlardan ibarət milli komandamız mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.

Qızıl Avropa Liqası

A qrupu

I dövrə, Rumıniya

28.05.21

21:00. İspaniya – Azərbaycan

29.05.21

18:00. Azərbaycan – Rumıniya

30.05.21

21:00. Fransa – Azərbaycan

II dövrə, Fransa

04.06.21

19:00. İspaniya – Azərbaycan

05.06.21

22:00. Fransa – Azərbaycan

06.06.21

17:00. Azərbaycan – Rumıniya