23/05/2021
13:28
930
| A A A
Azərbaycanlı gimnast bürünc medal qazandı - VİDEO

Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yarış qrupları yarışında Azərbaycan milli komandası ilk medalını qazanıb.

Goal.az xəbər verir ki, 12 - 14 yaşlıların mübarizəsində Məryəm Topçubaşova bürünc medala sahib olub. O, hakimlərdən 19,000 bal alıb. İlk 2 yeri isə Rusiya təmsilçiləri Yelizaveta Rudneva (19,800 bal) və Leysan Kuperşmit (19,700 bal) tutub.

Qeyd edək ki, bu gün 12 - 14 yaşlıların mübarizəsində Azərbaycan daha 2 finalda təmsil olunacaq. Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılova, "3-lük"lərin, Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova, Məryəm Topçubaşova və Aylin Əliyeva qrupların yarışlarına qatılacaq.