08/06/2021
22:49
1353
| A A A
Hacı Əliyev bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində bürünc medal uğrunda görüşə çıxıb.

Goal.az xəbər verir ki, 70 kq-da mübarizə aparan 3 qat dünya və 3 qat Avropa çempionu gürcüstanlı Zurabi Yakobişvili ilə qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün 3-cü pilləsinə qalxıb.