09/06/2021
09:50
1177
| A A A
Efiopiyalı atlet dünya rekorduna imza atdı

Efiopiyalı atletl Letesenbet Qidey 10 kilometrə qaçış üzrə dünya rekorduna imza atıb.

Goal.az xəbər verir ki, idmançı bu uğura Niderlandda keçirilən yarışda nail olub. 23 yaşlı idmançı bu məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edib.

“Əlbəttə ki, növbəti dəfə rekordumu yeniləməyə və 10 kilometri 29 dəqiqəyə qaçmağa çalışacağam ” - deyə o qeyd edib.(report)