05/07/2021
22:04
2272
| A A A
UEFA Araz Naxçıvan-ı irəli atdı

Azərbaycanı UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” futzal klubu mübarizəyə ilkin mərhələdən başlayacaq.

Goal.az xəbər verir ki, UEFA bu gun ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb.

Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü 7 iyul saat 17:00-da atılacaq. Oyunlar isə 20 - 25 avqustda keçiriləcək.

Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq.

Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar 26 - 31 oktyabrda təşkil olunacaq. (report)