10/09/2021
16:23
1458
| A A A
Türkiyənin kapitanı tarixə keçdi

Türkiyənin qadınlardan ibarət voleybol yığmasının kapitanı Eda Erdem Dündar Avro-2021-in ən yaxşı oyunçuları arasında yer alıb.

Goal.az xəbər verir ki, 34 yaşlı voleybolçu Avropa Voleybol Konfederasiyanın (CEV) açdığı anketdə "ən yaxşı orta sahə oyunçusu" nominasiyası üzrə səslərin 54,2 faizini toplayaraq rəqibləri Milena Rasiç (Serbiya), Kristina Kirikella (İtaliya) və Culiyet Loheysi (Niderland) geridə qoyub.

2015, 2017 və 2019-cu illərdə keçirilən AÇ-lərin də "arzular komandası"nda yer alan "Fənərbağça Opet" klubunun üzvü ardıcıl dördüncü dəfə bu uğura yiyələnən ilk qadın voleybolçu olub.

Qeyd edək ki, Serbiya, Rumıniya, Bolqarıstan və Xorvatiyanın ev sahibliyi ilə 18 avqust-4 sentyabr aralığında keçirilən 32-ci Avropa çempionatını Türkiyə millisi bürünc medalla başa vurub. Yarışın qalibi isə İtaliya kollektivi olub.(fanat)