21/11/2021
13:53
742
| A A A
İtkin düşmüş tennisçi tapıldı

İtkin düşən çinli tennisçi Penq Şuai həftələr sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Goal.az xəbər verir ki, bu barədə Çin dövlət qəzeti "Global Times"ın baş redaktoru Hu Xijin "Twitter"də məlumat yayıb.

Xatırladaq ki, cütlüklər üzrə iki “Böyük Dəbilqə” turnirinin çempionu sosial şəbəkələrdə Çinin keçmiş vitse-premyeri Jang Qaolinin tərəfindən təzyiqə məruz qaldığı barədə məlumat verdikdən sonra ictimaiyyətlə ünsiyyətini dayandırmışdı. Bir həftə yarımdan çox itkin düşən Penq Şuai bazar günü səhər Pekində yeniyetmə tennisçilərin finalının açılış mərasimində görünüb. (fanat)