22/11/2021
11:31
1925
| A A A
Məmmədyarovu udan iranlı şahmatçı Karlsenin rekordunu qırıb

Hazırda Fransanı təmsil edən şahmatçısı Alireza Firuzca tarixə düşüb.

Goal.az xəbər verir ki, İran əsilli qrossmeyster buna Avropa çempionatının sonuncu - IX turunda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu məğlub etməklə nail olub.

Beləliklə, o, reytinq xallarında 2800-ü keçən ən gənc şahmatçı adına yiyələnib. Firuzca bunu 18 yaş 5 aylığında bacarıb.

Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen bu hədəfə 18 yaş 11 ayında olarkən çatıb.

Qeyd edək ki, IX turda Azərbaycan millisini 2,5:1,5 hesabı ilə məğlub edən Fransa seçməsi gümüş medala sahib çıxıb. Yeganə məğlubiyyət məhz Şəhriyar Məmmədyarovun passivinə yazılıb. Nəticədə Azərbaycan komandası Avropa çempionatını 5-ci pillədə başa vurub.(report)