09/05/2022
13:47
915
| A A A
Mayami Qran-prisinin qalibi müəyyənləşdi

Formula 1 üzrə Mayami Qran-Prisinin qalibi məlum olub.

Goal.az xəbər verir ki, "Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen dünya çempionatının beşinci mərhələsində finişə birinci çatıb. Bu, onun mövsümdə ardıcıl ikinci qələbəsi olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq “Ferrari” komandasının pilotları - Monakodan olan Çarlz Lekler və ispaniyalı Karlos Sayns tutublar.

Qeyd edək ki, “Formula 1” tarixində Mayami Qran-prisi ilk dəfə keçirilib.