23/09/2022
17:00
1292
| A A A
"Shusha Chess 2022" turnirində VI tura start verilib

Şuşada təşkil olunan ilk beynəlxalq şahmat turnirinin rapid yarışlarında VI tura start verilib.

Goal.az xəbər verir ki, ilk gedişi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib. Sonra yarışın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının 1-ci Vitse-prezidenti Faiq Həsənov A.Kərimova xatirə hədiyyəsini təqdim edib.

Qeyd edək ki, bu gün rapid yarışında daha 4 tur oynanılacaq. Sabah şahmatçılar blitsdə yarışacaq. Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək. (report)