23/09/2022
17:52
1244
| A A A
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.

Goal.az xəbər verir ki, o, 2022/2023-cü il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq “Sarıyer Belediyespor” ilə 1 illik müqavilə imzalayıb.

Mütəxəssis yeni komandasında birinci köməkçi məşqçi olacaq. (report)