24/09/2022
12:25
1096
| A A A
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.

Goal.az xəbər verir ki, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.

Qeyd edək ki, dünya çempionatı 6 - 12 oktyabrda təşkil olunacaq. (report)