25/09/2022
14:16
1898
| A A A
Belçikalı velosipedçi dünya çempionu olub

Avstraliyanın Vollonqonq şəhərində şose velosipedi üzrə dünya çempionatı başa çatıb.

Goal.az xəbər verir ki, 266,9 km məsafəyə qrup yarışında belçikalı Remko Evenepul bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.

Çempiondan 2 dəqiqə, 21 saniyə geri qalan fransalı Kristof Laport gümüş, avstraliyalı Maykl Metyus bürünc medala sahib çıxıb. (report)