27/09/2022
22:26
991
| A A A
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1" üzrə dünya çempionatında sprint yarışlarının sayı artırılıb.

Goal.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem qurumun rəsmi saytına açıqlama verib.

O, sprint yarışlarının 3-dən 6-ya çatdırıldığını bildirib. Yenilik 2023-cü il mövsümündən tətbiq olunmağa başlayacaq.

Qeyd edək ki, gələn il Azərbaycan Qran-prisi 28 - 30 apreldə keçiriləcək.(report)