27/01/2023
20:13
1978
| A A A
Azərbaycan çempionatı: qalib tay-brekdə məlum olacaq

Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.

Goal.az xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə də heç-heçə oynayıb.

Sabah şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyunda rapiddə yarışacaq. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək.

Turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI