28/01/2023
11:36
2541
| A A A
Azərbaycanın 4 karateçisi Premyer Liqa turnirində medal qazana bilər

Azərbaycanın 4 karateçisi Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqa turnirində bürünc medal qazana bilər.

Goal.az xəbər verir ki, kişilərdən 60 kq-da Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, 75 kq-da Fərid Ağayev, qadınlardan isə 55 kq-da Mədinə Sadiqova 3-cü yer uğrunda mübarizə aparacaq.

Medal görüşləri yanvarın 29-da baş tutacaq.

Qeyd edək ki, Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI