29/01/2023
17:27
1884
| A A A
Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək.

Goal.az xəbər verir ki, yığıncaq bu il 22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.

Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan iclasında qəbul edilib.

Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin adları təsdiqlənəcək.(report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI