24/02/2023
21:40
2460
| A A A
Azərbaycan cüdoçuları dünya çempionatına Yaponiyada hazırlaşırlar

Cüdo üzrə Azərbaycan milli komandası Yaponiyada Kokuşikan Universitetində təşkil olunan təlim düşərgəsində iştirak edir.

Goal.az xəbər verir ki, fevralın 20-də start götürən təlim-məşq toplanışına böyüklərdən ibarət yığmanın 17 üzvü qatılıb. Hazırlıq prosesi martın 4-dək qədər davam edəcək.

Kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautmanın sözlərinə görə, toplanış mayda Qətərdə baş tutacaq Dünya çempionatına uzunmüddətli hazırlığın bir hissəsidir: "Hazırlıq prosesi idmançıların bilik və bacarıqlarını artırmaq üçün əla fürsət yaradır. Onlar dözümlülüklərini artırır, əsasən klassik üslubda güləşən idmançılara qarşı hücum və müdafiəni təkmilləşdirirlər".

Qeyd edək ki, təlim-məşq toplanışında Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov ( hamısı 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (hər ikisi 73 kq), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev ( hamısı 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) iştirak edirlər.

Cüdoçular Trautmanla yanaşı, performans direktor Mark van der Ham və yığmanın böyük məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında hazırlıq keçirlər.

Toplanışa Azərbaycan millisi ilə yanaşı, İsrail, Gürcüstan, Almaniya və Yaponiya yığmaları da qatılıblar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI