01/03/2023
11:00
2963
| A A A
Rusiya Şahmat Federasiyası Avropanı Asiyaya dəyişib

Rusiya Şahmat Federasiyası (FŞR) Asiya Şahmat Federasiyasınının (ACF) tərkibinə keçib.

Goal.az xəbər verir ki, ACF-in 29 nümayəndəsi FŞR-in quruma üzv olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 6 nəfər isə bitərəf qalıb.

Bu qərar ötən il aprelin 14-də Rusiya Şahmat Federasiyasının Müşahidə Şurası tərəfindən yekdilliklə qəbul edilib. Hazırda ACF-ə 54 ölkənin şahmat federasiyaları daxildir.

Beləliklə, FŞR Rusiyada Avropa federasiyasından Asiya federasiyasına keçid edən ilk idman strukturu olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI