01/03/2023
23:18
2270
| A A A
Azərbaycan Basketbol Liqası: NTD "Gəncə"yə qalib gələrək vahid lider olub

Azərbaycan Basketbol Liqasında XX tura start verilib.

Goal.az xəbər verir ki, açılış matçında NTD və "Gəncə" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş nominal meydan sahiblərinin 91:85 hesablı qələbəsi ilə başa çatıb. NTD basketbolçuları bu qalibiyyətlə yenidən çempionatın vahid lideri olublar.

Ən məhsuldar oyunçular NTD-dən Ceremi Heys (28 xal, 11 ribaund), "Gəncə"dən isə Kollin Törner (23 xal, 7 ribaund) olublar.

Qeyd edək ki, turun "AAAF Xırdalan" - "Olimpik Şəki", "Sabah" - "Sərhədçi PİK" və "Zirvə Astara" - "Neftçi İK" oyunları 4-5 martda keçiriləcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI