16/05/2016
11:33
135577
| A A A
"Ürəyim burda qalmağımı istəyir"

"Newcastle United" növbəti mövsüm Championship-də mübarizə aparacaq. Goal.az xəbər verir ki, komandanı Premyer Liqada saxalaya bilməyən Rafa Benitez bunları qeyd edib:

"Ürəyim burda qalmağımı istəyir. Nyukasl gözəl şəhərdir. Bu klubda karyera üçün gözəl imkanlar var. Amma ağılla qərar vermək lazımdır. Demişdim ki, burda xoş atmosferlə qarşılaşmağı gözləyirəm. Gördüyüm münasibət gözlədiyimdən yaxşı oldu. Pozitivlik kifayət qədər idi. Klub rəhbərliyi ilə oturub "Newcastle" və özümə ən yaxşısını istədiyim barədə danışmalıyıq. Hər şey çox sadədir".

Martda ispaniyalı mütəxəsis "sağsağanlar"la 3 illik müqavilə imzalamışdı. Müqavilədəki bir bənd məşqçinin mövsümün sonunda vəzifəsindən getməsinə imkan verir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5350 səs