23/05/2016
11:39
135726
| A A A
Argentinalı futbolçu döyülərək öldürülüb

Argentinanın "San Jorge de Villa" komandasının futbolçusu Mikael Favre Regional Liqada "Defensores de Kolon"la oyun zamanı aldığı zədədən dünyasını dəyişib.

Goal.az "Mİrror"a istinadən xəbər verir ki, 24 yaşlı oyunçu epizodların birində top uğrunda mübarizədə rəqib futbolçunun zərbəsinə tuş gəlib. Nəticədə iki komanda arasında toqquşma yaşanıb. Kintananın da fəal iştirak etdiyi toqquşma zamanı "Defensores de Colon"un daha bir futbolçusu Favio Larrosa Favrenin başına zərbə endirib. Nəticədə zədəli oyunçu huşunu itirib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, 2 uşaq atasının həyatını xilas etmək mümkün olmayıb.

"Defensores de Colon"un toqquşmada iştirak edən hər iki futbolçusu həbs olunub.Futbolçulardan hansının zərbəsinin ölümə səbəb olduğu ekspertizadan sonra müəyyənləşəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5851 səs