23/05/2016
12:51
134109
| A A A
İkiqat Olimpiya çempionu həbs olundu

İkiqat olimpiya çempionu Maykl Daymond həbs edilib.

Goal.az xəbər verir ki, onun həbs edilməsinə səbəb sərxoş halda avtomobil idarə etməsi olub.

Yeni Cənubi Uels ştatının Nelson-Bey şəhərinin polisi məlumat yaydığı məlumatda polis əməkdaşları Daymonddan alkoqol testindən keçməyi xahiş etsələr də, idmançı bundan imtina etdiyi qeyd olunub.

Bundan sonra polis əməkdaşları idmançının avtomobilinə baxış keçiriblər. Maşından tüfəng və 150 parton tapıblar. Daymond polis bölməsinə aparılıb.

Məcburi alkoqol testindən keçən idmançıda alkoqolun normadan artıq istifadəsi aşkarlanıb. İdmançı sərxoş halda avtomobil idarə etməkdə və silahı düzgün saxlamamaqda ittiham edilir.

Sürücülük hüququndan və silah saxlama lisenziyasından məhrum edilən Daymond iyunda məhkəmə qarşısına çıxarılacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5861 səs