27/05/2016
12:22
141115
| A A A
Kantona Deşamı etnik diskriminasiyada ittiham edir

Fransa millisinin eks hücumçusu Erik Kantona Didye Deşamın heyət barədə qərarlarını ciddi tənqid edib. Goal.az "The Telegraph"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəsis həmyerlisinin Benzema və Ben Arfanı Avropa çempionatına aparmamasında diskriminasiya və siyasi motivlər gördüyünü qeyd edib.

"Benzema, Ben Arfa böyük futbolçulardır. Amma Deşam əsl fransız adına sahibdir. Bəlkə də, ölkədə əsl fransız adına malik tək adamdır. Onun sülaləsindən heç kimin başqa millətlə qarışığı yoxdur. Amerikada Mormon ailəsi kimi. Buna görə Benzemanın işini əsas gətirib onu çempionata aparmamağı məni təəccübləndirmədi. Xüsusilə, Baş nazir Manuel Vals Kərimin millidə oynamasına qarşı çıxandan sonra. Ben Arfa, bəlkə də, hazırda Fransanın ən yaxşı futbolçusudur. Lakin onun qeyri-fransız kökləri var. Bu barədə fikrimi deməkdə sərbəstəm".

"Deşamın etnik ayrı-seçkiliyə yol verdiyini düşünürsünüz?" sualına Kantona belə cavab verib. "Ola bilər. Niyə də yox? Bir şey dəqiqdir ki, Fransanın iki güclü futbolçusu Benzema və Ben Arfa AVRO-2016-da oynamayacaq.Tam aydındır ki, hər ikisi Şimali Afrika mənşəlidir. Buna görə məsələ açıq olaraq qalır".

Didye Deşamla münasibəti qaydasında olmayan Kantona Avropa çempionatında İngiltərə millisinə azarkeşlik edəcəyini deyir. "Əlbəttə, Fransa turnirin qalibi olsa, siyasətçilər bu uğurdan 1998 mundialından sonra olduğu kimi istifadə edəcəklər. Amma bu, sadəcə siyasətdir. Sağyönümlü insanlar bu vəziyyətdən istifadə edir. Onlar hər şeyi - İŞİD, partlayışlar, qaçqın axınını qarşıdırır. Ağıllı olmaq lazımdır. Köməyə, həqiqətən, ehtiyacı olan insanlar var. Onları yaddan çıxarmaq olmaz".

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5348 səs