10/07/2016
12:52
66832
| A A A
Renatu Sanşeşin yaşı təsdiqləndi

Portuqaliya millisinin gənc futbolçusu Renatu Sanşeşin yaşı ətrafındakı mübahisələrə son qoyulub. Goal.az "Diario de Noticas" nəşrinə istinadən xəbər verir ki, Sanşeşin dünyaya gəldiyi "Hospotal Amadora-Sintra" doğum evi onun 1997-ci il avqustun 18-də anadan olduğunu təsdiqləyib. Sözügedən xəstəxana bunu əks etdirən sənədi təqdim edib. Futbolçunun yaşı barədə şübhələr onun doğum tarixinin 2002-ci ildə qeydə alınmasıdır. Renatunun atası onun dünyaya gəlməsindən 5 ay sonra həyat yoldaşı ilə boşanıb Fransaya mühacirət etmiş və 5 ildən sonra geri dönərək oğlunun dünyaya gəlməsini sənədləşdirmişdi.

Bu səbəbdən əvvəlcə "Sporting" klubunun prezidenti, bir müddət öncə fransalı mütəxəsis Qi Ru Sanşeşin 18 deyil, 24 yaşlı olduğunu iddia etmişdi. Gənc yarımmüdafiəçi 77 yaşlı Runun fikirlərini yolverilməz hesab etməklə vəkilinə onu məhkəməyə verməyi tapşırmışdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5793 səs