08/10/2016
19:48
71716
| A A A
Azərbaycan-Norveç matçından öncə faciə

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan-Norveç oyunu keçirilir..

 
Goal.az xəbər verir ki, oyuna baxmağa gələn azarkeşlərdən biri stadiona gedən yolda yıxılıb. Adı hələlik məlum olmayan vətəndaş "bardür”ü aşmaq istəyərkən körpüdən yıxılıb.
Vəziyyəti ağır olan şəxs təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Qeyd edək ki, bu hal sözügedən körpüdə yaşanan birinci hadisə deyil. Belə ki, bu ilin mayında Bakı Olimpiya Stadionunda baş tutan Azərbaycan-Portuqaliya oyunundan qayıdan azarkeş həmin yerdən yıxılaraq vəfat etmişdi. 
 
"Qafqazinfo"

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5345 səs