17/01/2023
14:51
2140
| A A A
"Misli”nin Azərbaycanda fəaliyyətə başlamasından 1 il keçir

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendinin fəaliyyətə başlamasından bir il ötür. 2022-cü ilin 17 yanvarında istifadəyə verilən “Misli” brendi altında məntəqələr və “Misli.az” saytı fəaliyyət göstərir.

Goal.az xəbər verir ki,“Misli” bir illik fəaliyyəti dövründə bir sıra önəmli layihələrə imza atıb. Onların arasında futbol üzrə Azərbaycan Premyer Liqasının (Misli Premyer Liqası – Red) baş sponsorluğunu xüsusi qeyd etmək olar. Daha əvvəl “Bakı Marafonu-2022” və “Goal+ Summer Festival”ın təşkilinə dəstək olan “Misli” futbol üzrə 2022-ci il dünya çempionatının ölkə üzrə yayımının baş sponsoru olub.

Hazırda ölkə ərazisində 180-dən çox “Misli” məntəqəsi fəaliyyət göstərir. Paytaxt Bakıda və regionlarda açılan məntəqələrdə yüzlərlə insan çalışır. Xüsusi konseptual dizaynla bəzədilən, oyunçular üçün həyəcan və şans dolu atmosfer yaradılan bu məntəqələrdə həm idman mərc oyunlarını oynamaq, həm lotereyalar alaraq şanslarını sınamaq, həm də idman yarışlarını canlı izləmək imkanı var.

Misli.az” saytı və eyniadlı mobil tətbiq isə yüz minlərlə istifadəçiyə daha geniş seçim imkanı təqdim edir. İdman mərc oyunları, virtual idman oyunları, elektron “Poz-Qazan” oyunları, “Ekspres Keno”, “Super Keno” kimi lotereya biletlərini də onlayn şəkildə “Misli.az”da əldə etmək mümkündür. 1 il ərzində yüz minlərlə istifadəçi “Misli.az”da təqdim olunan oyunlarda iştirak edib. Artıq “Binqo” oyununu da “Misli.az”da onlayn oynaya bilərsiniz. İllərdir həyəcanla gözlənilən bu oyun qısa müddət əvvəl oyunların siyahısına daxil edilib.

Qeyd edək ki, yaşı 18-dən yuxarı şəxslər həm “Misli” məntəqələrində, həm də “Misli.az”da təqdim olunan oyunlarda könüllü şəkildə iştirak edə bilərlər. “Misli.az” veb-saytı ilə bərabər “İOS” “Android” proqram təminatlarını dəstəkləyən telefonlardan “Misli.az”a rahat və sürətli şəkildə üzv olub mərc etmək və lotereya oynamaq mümkündür.

“Misli”nin əyləncə və şans dolu dünyasına qatılmaq üçün mobil tətbiq aşağıda qeyd olunan linklərlərdən yüklənə bilər.

İOS: https://endir.misli.az/

Android: https://endir.misli.az/

Əlavə olaraq, “Misli”nin 1 illiyinə həsr olunmuş sürprizlərdən yararlanmaq üçün bu gün “Misli.az”ın “Instagram” və “Facebook” hesablarını ziyarət etməyi unutmayın.

GÜNÜN ƏN ÇOX OXUNANLARI