20/07/2019
09:47
2248
| A A A
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi

Misirin paytaxtı Qahirənin "Cairo International" stadionunda Seneqal və Əlcəzair milli komandaları arasında futbol üzrə Afrika Millətlər Kuboku - 2019-un final matçı keçirilib.

Goal.az xəbər verir ki, oyun Əlcəzair yığmasının 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolun müəllifi 2-ci dəqiqədə fərqlənən Bağdad Buneca olub.

Kubokda üçüncü və dördüncü yerləri müvafiq olaraq Nigeriya və Tunis komandaları tutub.

Turnirin ən yaxşı bombardiri 5 qolla Nigeriya yığmasının forvardı Odion İqalo olub.

Afrika Millətlər Kuboku. Final

Seneqal - Əlcəzair - 0:1

Qol: 0:1 – Buneca – 2

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs