01/09/2019
14:07
1303
| A A A
Kyellini millinin heyətindən çıxarıldı

AÇ-2020-nin seçmə mərhələsində Ermənistan və Finlandiya ilə qarşılaşacaq İtaliya millisinin heyətində dəyişiklik edilib.

Goal.az xəbər verir ki, yığmanın kapitanı Corco Kyellini zədə səbəbindən heyətdən çıxarılıb. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Kyellinin yerinə milliyə Lazio-dan Françesko Açerbi çağırılıb.

İtaliya millisi sentyabrın 5-də Ermənistan, 8-də isə Finlandiya ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33811 səs