02/09/2019
17:21
1028
| A A A
Xorvatiya yığmasının Bakıya səfər proqramı açıqlandı

Xorvatiya yığmasının AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Slovakiya, 3 gün sonra isə Azərbaycan millisi ilə oyunlar üçün səfər proqramı açıqlanıb.

Goal.az xəbər verir ki, Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 5-də Slovakiyanın Trnava şəhərinə gedəcək və həmin gün oyunun keçiriləcəyi Anton Malatinski adına stadionda məşq edəcək. Ertəsi gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xorvatlar sentyabrın 7-də səhər saatlarında Bratislavadan Bakıya uçacaqlar. Komanda bir gün sonra oyunun keçiriləcəyi “Bakcell Arena”da məşqə çıxacaq. Bazar ertəsi reallaşacaq görüş isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 6-da Uels kollektivinin qonağı olacaq. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33803 səs