03/09/2019
19:10
2220
| A A A
Skolari istefa verdi

Ötən ildən "Palmeyras"ın baş məqşçisi olan Luis Felipe Skolari gözlənilmədən postundan uzaqlaşdırılıb.

Goal.az xəbər verir ki, son mövsüm ölkə çempionu olsa da, Braziliya klubunun rəhbərliyi 70 yaşlı mütəxəssisi istefaya göndərib.

Buna səbəb "Palmeyras"ın cari mövsüm ardıcıl 7 oyunda qələbə qazana bilməməsi və Libertadores Kubokunun 1/4 finalında "Qremio"ya iki oyunun nəticəsinə görə məğlub olaraq, mübarizəni dayandırmasıdır.

17 turdan sonra 30 xal toplayan "Palmeyras" turnir cədvəlinin 5-ci pilləsindədir. Komanda lider "Flamenqo"dan 6 xal geri qalır.

2 dönəm Braziliya millisində (2001-2002 və 2012-2014) çalışmış Skolari DÇ-2002-nin qalibi olub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1207 səs