04/09/2019
14:00
856
| A A A
Xorvatiya millisində növbəti itkilər - 2 müdafiəçi məşqi yarımçıq tərk etdi

Xorvatiya millisi Azərbaycan və Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarından öncə problemlərlə üzləşib.

Müdafiəçi Tin Yedvay və yarımmüdafiəçi Nikola Vlaşiç yığmanın sentyabrın 2-dəki məşqini zədə səbəbindən tərk edib. Lakin onların hər ikisi növbəti gün kollektivə qoşula bilib.

Bildirilib ki, yığmanın müdafiə xətti millinin baş məşqçisi Zlatko Daliç üçün problemə çevirilib. Komandanın əsas arxa xətt oyunçularından Deyan Lovren bu mövsüm İngiltərə "Liverpul"unda heç bir rəsmi görüşdə (4-ü Premyer Liqa, 1-i UEFA Super Kuboku) meydana çıxmayıb. Üstəlik, 30 yaşlı oyunçu həmin qarşılaşmalarda ehtiyat oyunçular skamyasında belə əyləşməyib. Lovrenin Slovakiya ilə görüşdə hansı formada olacağı sual altındadır.

Sol cinah müdafiəçisi Borna Barişiç də Şotlandiya "Reyncers"ində eyni aqibətlə üz-üzə qalıb. 27 yaşlı futbolçunun klubun baş məşqçisi Stiven Cerrardla münasibətləri yaxşı deyil. Müdafiəçilərdən hazırda Tin Yedvay ("Bayer" Leverkuzen, Almaniya) və Karlo Bartolets ("Kopenhagen", Danimarka) nisbətən yaxşı durumdadır. Türkiyənin "Beşiktaş" komandasında çıxış edən Domaqoy Vida məşqlərə ayağı sarıqlı halda qatılır. O, sol ayağındakı ağrıdan şikayətlənib və biləyi sarılmaq məcburiyyətində qalıb. Hələ ki, onun durumunun yaxşı olduğu bildirilib.

Belə olan halda Daliçin qarşıdakı matçlarda digər müdafiəçilər - Belçika "Brügge"sində çıxış edən Matey Mitroviçə və "Osiyek"dən Mile Şkoriçə şans verəcəyi gözlənilir.

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33811 səs