04/09/2019
14:36
2228
| A A A
Poqba millinin heyətindən kənarlaşdırıldı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Andorra ilə qarşılaşacaq Fransa millisinin heyətində dəyişiklik edilib. Goal.az xəbər verir ki, yığmanın son məşqində zədələnən Pol Poqba heyətdən çıxarılıb. 

Onun əvəzində Arsenal-dan Matteo Gunduzi yığmaya dəvət olunub.

Fransa millisi sentyabrın 7-də Albaniya, 10-da isə Andorra ilə qarşılaşacaq.