09/09/2019
10:20
2304
| A A A
Prosineçki Ermənistan məğlubiyyətindən sonra istefa verdi

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının sükanı arxasını tərk edib.

Goal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis səfərdə Ermənistana 4:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra qərarını açıqlayıb.

"Mən hamı ilə danışdım və qərara gəldim ki, istefa verim. Komandaya rəhbərlik edərkən AVRO-2020-yə yüksələcəyimizə inanırdım. Amma biz bunu edə bilmədik. İndi əvəzləyicim komandanı Millətlər Liqasına hazırlaya biləcək. Daha mən bu yığmada baş məşqçi deyiləm".

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina millisi J qrupunda 7 xalla 4-cü pilləni tutur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33803 səs