Almaniya millisi ciddi itki ilə üzləşdi
Almaniya millisi Avro-2020-nin seçmə mərhələsinin 6-cı turunda bu gün Şimali İrlandiya ilə oyuna ciddi itki ilə çıxacaq.
Goal.az xəbər verir ki, İlkay Gündoğan qrup lideri ilə səfər matçını buraxacaq. Mədəsindəki ağrılara görə heyətdən çıxarılan Manchester City-nin yarımmüdafiəçisi komandanın düşərgəsini tərk edib.
Qeyd edək ki, Şimali İrlandiya – Almaniya matçı saat 22:45-də start götürəcək.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR