10/09/2019
12:29
1217
| A A A
İtaliya rekordunu təzələdi

AÇ-2020-nin seçmə mərhələsinin 6-cı turu çərçivəsində İtaliya yığması səfərdə Finlandiya millisinə 2:1 hesabı ilə qalib gəlib. 

Goal.az xəbər verir ki, İtaliya millisi bu oyunda da qalib gəlməklə, Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsizlik seriyasını 36-ya çatdırıb. Bu, milli tarixində rekord hesab olunur. Sonuncu dəfə 2006-cı ilin sentyabrın 6-da Fransa millisinə 1:3 hesabı ilə məğlub olan italiyanlar, həmin vaxtdan bəri keçirdikləri 36 oyunun 27-də qalib gəlib, 9-da bərabərliyə razılaşıb.

Eyni zamanda, millinin baş məşqçisi Roberto Mançini qələbə seriyasını 7-yə çatdırıb ki, bu da İtaliyanın 2003-cü ildən indiyədək göstərdiyi ən yaxşı nəticədir. Milli komanda sonuncu dəfə belə uğuru Covanni Trapattoninin məşqçiliyi dövründə göstərib.

AÇ-2020-nin seçmə mərhələsində J qrupunda mübarizə aparan İtaliya millisi 18 xalla birinci pillədədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33803 səs