30/09/2019
14:00
1692
| A A A
Barcelona-nın 16 yaşlı ulduzu İspaniya millisinə çağırıldı

Barcelona-nın gənc futbolçusu Ansu Fati İspaniya millisinə çağırılıb.

Goal.az "AS" nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi baş məşqçi Robert Morenonun 40 nəfərlik genişləndirilmiş siyahısında yer alıb. Bu yaxınlarda İspaniya pasportu alan qvineya-bissaulu futbolçu ilk dəfədir A millisinə çağırılır. O, bundan əvvəl Braziliyada keçiriləcək U-17-lərin dünya çempionatı üçün İspaniya yığmasının 50 nəfərlik ilkin heyətinə də daxil edilmişdi.

Qeyd edək ki, Barcelona-nın yetirməsi olan Fati bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37006 səs