14/10/2019
19:20
1621
| A A A
Mançini postunda saxlanıldı

İtaliya yığmasının baş məşqçisi Roberto Mançini postunda saxlanılıb.

Goal.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin müqaviləsi avtomatik olaraq yenilənib.

Ötən il tərəflər arasında anlaşma əldə edilərkən müqaviləyə salınmış maddəyə əsasən, baş məşqçi komandanı Avropa çempionatının final mərhələsinə daşıyacağı təqdirdə, sözləşməsi artırılacaqdı. 54 yaşlı mütəxəssis vəzifəsinin öhdəsindən gəldiyindən, onun müqavilə müddəti 2022-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, İtaliya yığması yer aldığı qrupda keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs