01/11/2019
10:40
893
| A A A
Messi 3 aylıq fasilədən sonra yenidən millidə

Argentina millisinin heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, komandanın kapitanı Lionel Messi də üç aylıq fasilədən sonra yığmaya dəvət alıb.

Cənubi Amerikanın Futbol Federasiyası Barcelona-nın hücumçusunu avqust ayında üç aylıq cəzalandırmışdı. Buna səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını korrupsiyada ittiham etməsi olub.

Qeyd edək ki, Argentina yığması noyabr ayında Braziliya və Uruqvayla yoldaşlıq oyunu keçirəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39285 səs