13/11/2019
10:49
3467
| A A A
Misir millisində Salah şoku

Liverpool-un futbolçusu Məhəmməd Salah Misir millisinin düşərgəsini tərk edib.

Goal.az xəbər verir ki, buna səbəb onun zədələnməsidir. Tibbi müayinədən keçən 27 yaşlı hücumçunun İngiltərə Premyer Liqasının 12-ci turunda Manchester City ilə matçda zədələndiyi məlum olub.

Onun Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya (14 noyabr) və Komor adaları (18 noyabr) ilə görüşləri buraxacağı bildirilib