06/12/2019
14:46
2442
| A A A
Almaniya millisi İtaliya və İspaniya qarşılaşacaq

Almaniya millisi AVRO-2020-yə hazırlıq məqsədilə iki yoxlama oyunu keçirəcək.

Goal.az xəbər verir ki, yığma gələn il martın 26-ı Madriddə İspaniya ilə qarşılaşacaq. Komanda martın 31-i isə Nürnberqdə İtaliyanı qəbul edəcək.

Qeyd edək ki, Almaniya AVRO-2020-də F qrupunda A Liqasının qalibi, Portuqaliya və Fransa ilə qarşılaşacaq.