Hazard ilin ən yaxşısı seçildi
Belçika millisində 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
Goal.az xəbər verir ki, bu ada Eden Hazard layiq görülüb. 28 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 5 qol vurub və 7 dəqiq qol ötürməsi verib. O, komandası ilə "AVRO-2020"-nin final mərhələsinə də vəsiqə qazanıb.
Qeyd edək ki, yayda Chelsea-dən Real-a keçən E.Hazard hazırda zədəlidir.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR