28/03/2020
18:56
3128
| A A A
Millinin baş məşqçisi koronavirusa görə istefaya göndərildi

Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 73 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə istefaya göndərilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.

Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5570 səs