05/05/2020
12:27
859
| A A A
Millinin baş məşqçisi məvacibinin azaldılmasına razı oldu

Paraqvay yığmasının baş məşqçisi Eduardo Berizzo üç aylıq maaşının bir hissəsindən imtina edib.

Goal.az xəbər verir ki, bu barədə Paraqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, argentinalı mütəxəssis koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar aprel, may və iyun ayları üzrə məvacibinin 50 faizinin kəsilməsinə razı olub.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis daha öncə İspaniyanın “Athletic”, “Sevilla” və “Celta” klublarını da çalışdırıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5569 səs