07/01/2021
13:17
1384
| A A A
Sumqayıt məşqçisinin durumuna aydınlıq gətirdi

Sumqayıt-ın baş məşqçisi Ayxan Abbasov hələ də komanda ilə məşqlərə qatıla bilmir.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 40 yaşlı mütəxəssis dünənə kimi hazırlıq proseslərinə qoşulmayıb.

Bildirilib ki, koronavirus testinin nəticəsi mənfi çıxsa da, Abbasov xəstəliyi ağır keçirir.

Qeyd edək ki, hazırda komandanı məşqlərə köməkçi məşqçi Elnur Çodarov çıxarır.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13576 səs