24/03/2021
14:29
1346
| A A A
İtaliya millisində növbəti itki

İtaliya millisinin və PSG-nin futbolçusu Moyze Kin zədələnib.

Goal.az xəbər verir ki, 21 yaşlı hücumçu millinin düşərgəsində xəsarət alıb. Nəticədə o, yığmanı tərk edib. Onun PSG-nin düşərgəsinə qayıdacağı bildirilib. Bundan əvvəl isə Chelsea-nin yarımmüdafiəçisi Jorjinyo millinin düşərgəsində zədələnib.

Qeyd edək ki, İtaliya millisi DÇ-2022-nin seçmə mərhələsində martın 25-də Şimali İrlandiya (ev), 28-də Bolqarıstan (səfər), 31-də isə Litva ilə (səfər) qarşılaşacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11229 səs