27/03/2021
18:30
1060
| A A A
Polşa millisində koronavirusa yeni yoluxma

Polşa millisinin qapıçısı Lukaş Skorupski futbol üzrə dünya çempionatının Andorra ilə seçmə oyunu ərəfəsində koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, İtaliya Bologna-sından dəvət almış 30 yaşlı oyunçu özünü martın 25-də narahat hiss edib. O, test nəticələri çıxanadək komandadan təcrid olunub. Testin cavabı isə müsbət olub.

Daha əvvəl İngiltərə Leeds-indən çağırılmış yarımmüdafiəçi Mateuş Klixin də eyni səbəbdən komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Polşa yığması Andorra ilə martın 28-də Varşavada üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.(report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11229 səs