20/04/2021
11:25
519
| A A A
Millinin baş məşqçisi süni nəfəs aparatına qoşuldu

Braziliyanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Renan Dal Zotto koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.

Goal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis süni nəfəs aparatına qoşulub. Onun 48 - 72 saat bu vəziyyətdə qalacağı bildirilib.

"Globoesporte" nəşrinin yazdığına görə, Dal Zottoya artıq COVID-19 vaksininin birinci dozası vurulub.

Daha əvvəl CBV-nin vitse-prezident Radames Lattari analoji səbəbdən xəstəxanaya aparılıb. Süni nəfəs aparatına qoşulan konfederasiya rəsmisinin hazırda özünü yaxşı hiss etdiyi qeyd olunub.

Xatırladaq ki, Braziliya millisi təsnifat turnirinin nəticələrindən sonra Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11229 səs