02/05/2021
19:35
2233
| A A A
İtaliya millisinin üzvləri peyvənd olunacaq?

İtaliya millisinin futbolçuları AVRO-2020 öncəsi koronavirusa qarşı peyvənd olunacaq.

Goal.az xəbər verir ki, “Skuadra Adzurra”nın baş məşqçisi Roberto Mançini tezliklə turnir üçün nəzərdə tutulan 35 oyunçudan ibarət genişləndirilmiş heyəti açıqlayacaq.

Onların hamısının peyvənd olunması qərara alınıb. İtalyanlardan əvvəl Rusiya millisinin futbolçuları barədə eyni addımın atılması qərara alınıb.

İtaliya yığması 11 iyun – 11 iyul tarixlərində keçiriləcək AVRO-2020-də Türkiyə, İsveçrə və Uelslə eyni qrupda mübarizə aparacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11230 səs