12/05/2021
12:26
2159
| A A A
Mançini müqaviləsini yeniləyir

Roberto Mançini daha 4 il İtaliya millisini çalışdıracaq.

Goal.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikola Skira öz tvitter səhifəsində məlumat verib.

O, italyan mütəxəssislə 2026-cı ilin yayına qədər müqavilə imzalanacağını qeyd edib. 56 yaşlı çalışdırıcının hazırkı sözləşməsi ilə 2022-ci ilin iyununa qədərdir.

Yeni müqaviləyə əsasən Mançininin illik 3 milyon avro maaş alacağı da bildirilib.